16:51, 23 Sentyabr 2019 (Bazar ertəsi) 392

Prezident Qubada avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb

Prezident Qubada avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev sentyabrın 23-də "Quba rayonunun Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Bu barədə prezidentin rəsmi saytında məlumat veriblər.

Məlumata görə, sərəncamda  beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.