11:48, 11 Aprel 2019 (Cümə axşamı) 133

Prezident və vitse-prezident dövlət qurumlarına intiharın araşdırılması tapşırığını verib

Prezident və vitse-prezident dövlət qurumlarına intiharın araşdırılması tapşırığını verib
"Bakı şəhəri, 162 nömrəli tam orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı məsələ Prezident İlham Əliyevin və xüsusilə də Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Bu məsələ ilə bağlı bütün dövlət qurumlarına xüsusi tapşırıqlar verilib ki, məsələ ciddi şəkildə araşdırılsın".

Bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.