13:23, 13 Sentyabr 2019 (Cümə) 38

Prezident zəlzələdən əziyyət çəkənlər üçün yardım ayırdı

Prezident zəlzələdən əziyyət çəkənlər üçün yardım ayırdı
Prezident İlham Əliyev zəlzələdən zərər çəkmiş Şamaxı rayonuna yeni vəsait ayrılmasına sərəncam verib.

Bu barədə prezident rəsmi saytında məlumat yerləşdirilib.

Məlumata görə, sentyabrın 12-də imzalanmış sənədlə Şamaxı Rayon İcra Hakimiyyəti yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması, evlərin təmiri üçün 2019-cu ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan 2 milyon manat alır.

Bu il fevralın 5-də və 6-da episentri Ağsu və İsmayıllı ərazisində olan zəlzələlər nəticəsində bu rayonlarda, eləcə də Şamaxıda bir çox fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, sosial obyektlərə və infrastruktura ziyan dəyib.

Fevralın 7-də dövlət başçısı dəymiş ziyanın aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinə 2 milyon manat, martın 7-də Fövqəladə Hallar Nazirliyinə 5 milyon manat, Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə 2 milyon manat ayırmışdı.