10:45, 13 Avqust 2019 (Çərşənbə axşamı) 111

Prezidentlərin görüşü təxirə salınıb

Prezidentlərin görüşü təxirə salınıb
Azərbaycan, İran və RF prezidentlərinin sammiti başqa vaxta keçirilib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bu barədə Turan İA məlumat verib.

O deyib ki, bu, texniki səbəblərlə bağlıdır.

Bundan öncə görüşün avqustun 14-də Soçidə keçiriləcəyi bildirilmişdi.

Azərbaycan, İran və Rusiya prezidentləri İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin 2016-cı ilin avqustunda Bakıda görüşüblər. İkinci görüş 2017-ci ilin noyabrında Tehranda olub.