11:16, 04 Fevral 2019 (Bazar ertəsi) 577

Problemli kreditlər azalıb

Problemli kreditlər azalıb
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 mlrd. 585 mln. manat təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, bu, ötən il yanvarın 1-nə nisbətən azdır. Həmin vaxt problemli kreditlərin həcmi 1 mlrd. 626.7 mln. manat açıqlanmışdı.

Ötən ilin birinci yarısında vaxtı keçmiş kreditlərin həcimi artmışdı. İlin sonlarına yaxın isə azalma baş vermişdi.

Ötən il dekabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12.2 təşkil edib.

2015-ci ildə (fevralda və dekabrda) baş verən devalvasiyalar nəticəsində Azərbaycan manatı dollar qarşısında iki dəfə dəyər itirdi. Nəticədə bir çox insanların kreditlərini ödəməkdə çətinliklər çəkdiyi açıqlandı.