15:55, 09 İyul 2019 (Çərşənbə axşamı) 283

Problemli kreditlər ödənişinə 17.4 milyon manat vəsait ayrılıb

Problemli kreditlər ödənişinə 17.4 milyon manat vəsait ayrılıb
Maliyyə Nazirliyi ABŞ dolları ilə götürülmüş kreditlər üzrə kompensasiya ödənişinə daha 17,4 milyon manat vəsait ayırıb. 

Bu barədə  "Report" xəbər verib. 

Maliyyə Nazirliyindən verilən məlumata  görə, vəsait iyunun 24-də ayrılıb. Bununla da, dollar kreditləri üzrə kompensasiya ödənişinə ayrılmış vəsaitin məbləği 617,5 milyon manata çatıb. Bu, lazım olan vəsaitin təxminən 94%-dir. 

Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahı əsasında aprelin 18-də 350,8 milyon manat, mayın 6-da 53,5 milyon manat, mayın 14-də 26,3 milyon manat, mayın 15-də 42,6 milyon manat, mayın 23-də 46,2 milyon manat, mayın 31-də isə 80,6 milyon manat vəsait fəaliyyətdə olan və ləğv prosesində olan bankların, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC-nin Azərbaycan Mərkəzi Bankındakı müxbir hesablarına köçürülüb. 

Vəsaitin ayrılması  İlham Əliyevin bu il fevralın 28-də imzaladığı  "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın icrası çərçivəsində həyata keçirilib.