17:07, 12 Aprel 2019 (Cümə) 265

Problemli kreditlər üzrə təzminat alacaq şəxslərin siyahısı dərc ediləcək

Problemli kreditlər üzrə təzminat alacaq şəxslərin siyahısı dərc ediləcək
Maliyyə Bazarlarına Nəzarət Palatası aprelin 15-dən sonra problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısını dərc edəcək.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasınan məlumat veriblər.

Siyahı qurumun rəsmi saytında yerləşdiriləcək. Bundan başqa, problemli kreditlərlə bağlı məlumatlar kreditlərin alındığı müvafiq banklara ötürüləcək.

Fevralın 28-də Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana uyğun olaraq "10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək əsas kredit borcu olan fiziki şəxslərin gecikmədə olan borcları uzunmüddətli və aşağı faizli kreditlərlə əvəzlənəcək və restrukturizasiya olunacaq. Sənəd 800 min nəfəri əhatə edəcək.