13:54, 19 Sentyabr 2018 (Çərşənbə) 369

Prokuror dindarlara həbs istəyib

Prokuror dindarlara həbs istəyib
Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə məhkəmə prosesində 2017-ci ilin Aşura mərasimi zamanı İmamzadə ziyarətgahında dindarlarla polis əməkdaşları arasında baş vermiş insidentlə bağlı həbs olunan şəxslərə prokuror iş istəyib.

2017-ci il sentyabrın 30-da Gəncə şəhəri İmamzadə Ziyarətgahına insanların buraxılmamasına görə polislə insident yaranıb, xeyli sayda vətəndaş saxlanılıb. Gəncə şəhər Prokurorluğu və Gəncə Baş Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) və 221.3 (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb. İttiham aktına görə, cinayət işi materiallarında 16-sı polis əməkdaşı olmaqla, 18 zərərçəkmiş və 22-si polis əməkdaşı olmaqla, 26 şahid qeyd olunub.

7 təqsirləndirilən şəxs barəsində məhkəmə prosesi 2018-ci ilin yanvarın 26-dan davam edir.

Dövlət ittihamçısı Aleksey Abbasov təqsirləndirilənlərdən ikisinə 8 il, qalanlarına isə 7 il həbs istəyib.

Növbəti proses sentyabrın 24-nə təyin edilib. 

Turan