13:33, 29 Noyabr 2019 (Cümə) 105

Psixoloqların diaqnostik qiymətləndirməsi keçiriləcək

Psixoloqların diaqnostik qiymətləndirməsi keçiriləcək
Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Təhsil Nazirliyinin yaydığı məlumata görə, diaqnostik qiymətləndirilməyə cari ilin dekabr ayından başlanacaq.

Qİymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. 

Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, diaqnostik qiymətləndirmə təhsil mühitinə müsbət təsir göstərək.
 


Ekspertin sözlərinə görə, məktəblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələn  psixoloqlara ehtiyac var: "Məktəbin işi şagirdlərə təkcə bilik aşılamaq deyil, burda həmçinin gələcək üçün kompleksiz, problemsiz şəxsiyyət yetişdirməkdir. Orta məktəb psixoloqunun əsas vəzifəsi bu olmalıdır”.

"Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda olan konfranda Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev əsas hədəf və məqsədlərinin uşaqlarla işləmək olduğunu bildirib. 

Onun sözlərinə görə, psixoloqların müəyyən hissəsi ali təhsilli deyil, onlar yenidən hazırlanma təhsili alıblar: "Bizim digər çətinliyimiz ondan ibarətdir ki, 150 şagirdi olan məktəbdə də, 2000 şagirdi olan məktəbdə də bir psixoloq işləyir. Bu gün məktəblərdə ixtisası psixoloq olan şəxslərə ehtiyac var”. 

Roza Məmmədova