Vladimir Putin
FOTO: BBC
Rusiya prezidenti Vladimir Putin yanvarın 10-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin nimzalanması ilə bağlı müşavirə keçirib.
Bu haqda Kremlin rəsmi saytı məlumat yayıb.
Müşavirədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal təhlükəsizlik xidmətinin direktoru Aleksandr Bortnikov və xarici kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.
Görüşün detalları haqqında məlumat verilməyib.
XƏBƏRLƏR