10:24, 18 Noyabr 2020 (Çərşənbə) 431

Putin: "Ermənistanın Qarabağ razılaşmasından imtinası bu ölkənın intiharı olardı"

Putin:


/ DÜNYA
"Ermənistanın Qarabağ barədə əldə edilmiş mövcud razılaşmadan imtinası bu ölkə üçün intihar demək olardı". Bu sözləri 17 noyabrda Rusiya prezidenti Vladimir Putin "Rossiya 24" telekanalının efirində deyib.

"Bu, intihar olardı. Baş nazir Nikol Paşinyan üçün əlbəttə ki, çətin idi, amma üçtərəfli bəyanatımızı imzalayarkən real mənzərəni və vəziyyəti olduğu kimi açıqladı, vəziyyət bu gün də belədir. Əlavə edəcək bir şey yoxdur. O, həqiqətləri söyləyib", - deyə Putin bildirib.

Rusiya prezidenti açıqlamasında onu da deyib ki, müqavilələrə riayət etmək və ya onları yerinə yetirməmək hər bir ölkənin daxili işidir, amma öhdəlikləri yerinə yetirməmək böyük bir xəta olardı.