14:11, 19 Sentyabr 2019 (Cümə axşamı) 78

Putin Paşinyanın görüş təklifini rədd edib

Putin Paşinyanın görüş təklifini rədd edib


/ DÜNYA
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd edib.

"Report.az” yerli KİV-lərə istinadən xəbər verib.

Rusiya prezidenti Avrasiya İqtisadi İttifaqının toplantısında iştirak etmək üçün Yerevana səfər edəcək. V.Putin Ermənistan paytaxtında bir-iki saat qalacaq, tədbirdə iştirak edib, ölkəsinə dönəcək. 

Məlumata görə, V.Putin hətta rəsmi şam yeməyinə belə qatılmayacaq: "Ermənistan tərəfi ikitərəfli görüş üçün xahiş etsə də, Rusiya tərəfi baş nazir Nikol Paşinyanla görüşdən hələ ki imtina edib”.

Oktyabrın 2-də Yerevanda Avrasiya İqtisadi İttifaqının zirvə toplantısı keçiriləcək. Qaydalara görə həmin tədbirdə üzv ölkələrin dövlət başçıları iştirak edir. Bu baxımdan Rusiya liderinin də toplantıya qatılması gözləniləndir.