Dünya

Putin qeyri-müəyyən müddətə hakimiyyətdə qalmaq istədiyini rədd edir

20 Yanvar, 2020
539
Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə ölkə prezidenti kimi vəzifə müddəti bitdikdən sonra hakimiyyəti əlində saxlamağı planlaşdırdığını inkar edir.

AmerikanınSəsi xəbər verir ki, 67 yaşlı Putin çərşənbə günü etdiyi çıxışında konstitusiyaya təklif etdiyi köklü dəyişikliklərin onun 20 ildir idarə etdiyi ölkədə hakimiyyəti əlində saxlamasına imkan verəcəyinə dair ittihamları rədd edib.

Şənbə günü dogma Sankt Peterburq şəhərində danışan Putin xalq arasında həyəcanı başa düşdüyünü deyib, lakin əlavə edib ki, o, Rusiyanın dövlət başçlarının hakimiyyətin keçidi planı olmadan vəzifədə öldüyü sovet dövrünə qayıtmasını istəmir.

"Mənim fikrimcə, 1980-ci illərin ortalarında dövlət başçılarının bir-bir son günlərinə qədər vəzifədə qalaraq, hakimiyyətin keçidi üçün şərait yaratmadıqları bir vəziyyətə qayıtmaq narahatlığa səbəb olardı” – deyə, Putin bildirib.
 
"Buna görə də mən hesab edirəm ki. Bu 1980-ci illərin ortalarındakı vəziyyətə qayıtmamaq yaxşı olardı”, o əlavə edib.

Lakin Putinin tənqidçilərinin çoxu onun dediyi sözlərə şübhə ilə yanaşır.
 
 

Onlar 1993-cü ildə Boris Yeltsinin hakimiyyətdə olduğu dövrdən sonra ölkə konstitusiyasına ilk ciddi düzəlişlərlə bağlı təkliflərin Putinin Kremli tərk edəndən sonra hakimiyyətdə güc strukturlarını əlində saxlaya bilməsi üçün hazırlandığından narahatdır.

Putinin prezidentlik müddəti 2024-cü ildə bitir və o, konstitusiya ilə iki dəfədən çox ardıcıl olaraq hakimiyyətdə qalmaq icazə verilmədiyinə görə yenidən seçilə bilməz.

Bununla belə, tənqidçilərin fikrincə, Putinin çərşənbə günü açıqladığı düzəlişlər hazırkı mərhələdə qeyri-müəyyəndir və buna görə də onun milli lider, ya da bundan əvvəl hakimiyyət müddəti ilə bağlı məhdudiyyətləri aşmaq üçün istifadə etdiyi kimi baş nazir və ya ölkə parlamentinin sədri, ya da dövlət şurasının rəhbəri kimi hakimiyyətdə qalmasına imkan verə bilər.

Siyasi rəqiblər dəyişiklikləri "konstitusiya çevrilişi” adlandıraraq, bunun prezidentliyin əhəmiyyətinin azalmasına gətirib çıxaracağını bildirir. Kremlin bəzi keçmiş müşavirlərinin bildirdiyinə görə, nə Kremldəki nüfuzlu qruplar, nə də oliqarxlar onun hakimiyyətdən gedişinin hakimiyyətdaxili çəkişmələrə gətirib çıxara biləcəyindən qorxaraq, Putinin getməsini istəmir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo