10:05, 16 Oktyabr 2019 (Çərşənbə) 190

Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə ediblər

Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə ediblər


/ DÜNYA
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilən telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə edilbər.

Bu barədə Kremlin mətbuat xidməti bildirib.

Məlumata əsasən, iki ölkənin liderləri Suriyanın şimalındakı vəziyyəti də müzakirə edib:

"Xüsusilə, Türkiyə ordusunun bölmələri ilə Suriya hökumətinin silahlı qüvvələri arasında qarşıdurmaların qarşısını almağın zəruriliyi qeyd edilib".

Rusiya prezidentinin Suriya-Türkiyə sərhədi boyunca bölgələrdə humanitar vəziyyətin gərginləşməsinə diqqət çəkdiyi də bildirilib.