10:38, 03 Dekabr 2019 (Çərşənbə axşamı) 42

Putin ‘xarici agent’ qanununu imzaladı

Putin ‘xarici agent’ qanununu imzaladı


/ DÜNYA
Dekabrın 2-də Rusiya Prezidenti Vladimir Putin "xarici agent” hesab olunan media orqanları ilə bağlı mövcud qanuna dəyişiklikləri imzalayıb. 

Bu barədə AzadlıqRadiosu məlumat yayıb.
 
Tənqidçilərin fikrincə, məqsəd narazıları susdurmaq, xəbər plüralizmini məhdudlaşdırmaq, azad ideya mübadiləsini çətinləşdirməkdir.

Yeni qanun hakimiyyətə imkan verir ki, rəsmən xarici agent hesab olunan təşkilatlar üçün çalışan jurnalistləri də xarici agent adlandırsın.

Bu, xarici media orqanları ilə əməkdaşlıq edən, onlardan maddi, başqa dəstək alan şəxslərə aid ediləcək.

Xarici medianın dərc etdiyi material Rusiyanın qanunlarını pozarsa, "yeni normalar Rusiya hökumətinə xarici agentlərin, yaxud onların təsis etdiyi hüquqi şəxslərin vebsaytlarını bloklamağa imkan verir”, – TASS bildirir.

Rusiya 2012-ci ildə xarici agent qanununu qəbul edib. Bu qanun xaricdən maliyyə əldə edən QHT-lərin qeydiyyatdan keçməsini tələb edir.

Sözügedən qanunun qəbulundan öncə, Vladimir Putin hakimiyyətə gələndən ən böyük antihökumət etirazları ilə üzləşmişdi. Putin həmin etirazlara görə Qərbin nüfuzunu və pulunu təqsirli bilirdi.

Tənqidçilər deyirlər ki, bu qanun təşkilatlara damğa vurur və jurnalistlər də "xarici agent” adlandırsalar, eyni münasibətlə üzləşəcəklər.

AzadAvropa/AzadlıqRadiosunun Prezidenti Jamie Fly noyabrın 21-də deyib ki, bu qanunu reportyorların həyatını və təhlükəsizliyini "zəbt edir”, "Rusiyanın keçmişindən ən qaranlıq dövrlərin qalığıdır”.

Rusiya rəsmiləri isə bu qanunu dövlətin maliyyələşdirdiyi RT televiziyasına qarşı edilənlərə "simmetrik cavab” sayır. ABŞ hakimiyyəti həmin telekanalı təbliğat yaymaqda suçlayır və ABŞ-da fəaliyyət göstərən bölümünün ABŞ Xarici Agentlərin Qeydiyyat Aktı (FARA) çərçivəsində qeydiyyatdan keçməsini tələb edib.