14:56, 21 Sentyabr 2019 (Şənbə) 1352

Putini qovmaq istəyən şamana qarşı cinayət işi açılıb

Putini qovmaq istəyən şamana qarşı cinayət işi açılıb


/ DÜNYA
Putini Kremldən qovmaq istəyən yakutiyalı şaman Aleksandr Gabyshevə qarşı ekstremist fəaliyyətə açıq çağırış ittihamı irəli sürülüb.

Azadlıq Radiosu xəbər verir ki, cinayət işinin qaldırılmasına dair qətnamənin surətini dərc etmiş "Açıq Rusiya” insan haqları təşkilatı bildirir ki, cinayət işinin açılmasına Gabyshevin Putin barədə söylədikləri səbəb olub.

Ekspertizanın gəldiyi rəyə görə şamanın prezident barədə dedikləri zorakı hərəkətlərə çağırış kimi qiymətləndirilə bilər.

İstintaqın versiyasına görə şaman bu sözləri bunun üçün müəyyənləşdirilməmiş ictimai yerdə, bir qrup adama xitabən deyib.

Gabyshevə qarşı irəli sürülmüş maddə dörd ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Xəbər verilir ki, şaman hazırda Yakutiyadadır və bölgədən çıxmamaq barədə yazılı iltizam verib.

Hüquq-mühafizə orqanları bu cinayət işi barədə şərh vermir.

Hüquq müdafiəçiləri deyirlər ki, şamanı könüllü müalicəyə razılıq verməsi üçün dilə tutublar.

Həmin vaxt onun yanında rəsmi orqanın verdiyi vəkil olub. Hazırda Gabyshevi Açıq Rusiya cəmiyyətinin vəkili müdafiə edir.

Vəkil bildirir ki, Gabyshevi yalan yolu ilə psixiatrik dispanserdə müalicəyə razılıq verməyə məcbur ediblər.