16:28, 10 Yanvar 2021 (Bazar) 74

Putin, Əliyev, Paşinyan sabah Moskvada görüşürlər

Putin, Əliyev, Paşinyan sabah Moskvada görüşürlər
Yanvarın 11-də Moskvada Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin, İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək.

Kremlin yaydığı məlumata görə, görüşün təşşəbüskarı Vladimir Putindir.

Danışıqlarda ötən il noyabrın 10-da müharibənin bitməsi ilə bağlı imzalanmış üçtərəfli bəyanatın icrası nəzərdən keçiriləcək və bölgədəki problemlərin həllində növbəti addımlar müzakirə ediləcək. Həmçinin hərbi əməliyyatlardan zərər görmüş region sakinlərinə yardım məsələləri, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına xüsusi diqqət yetiriləcəyi bildirilir.

Bundan başqa Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda görüşəcəyi də planlaşdırılır.