Sosial

Qadir İbrahimli: “Günəmuzd işləyənlər Allahın ümidinə buraxılıb”

5 Aprel, 2020
1178
"Koronavirusa görə tətbiq olunan karantin rejimindən əziyyət çəkənlərin sayı rəsmi statistikadan ən azı 5 dəfə çoxdur”.

Bu sözləri Toplum TV-yə  iqtisadçı ekspert Qadir İbrahimli deyib.

Onun sözlərinə görə, böhrandan qabaq dəfələrlə hökumətdən bir sıra hesabatların dəqiqləşdirilməsi tələb edilib.

"Biz hökumətə dəfələrlə bildirmişik ki, işsizliklə bağlı qeydiyyat sistemini qaydaya salmaq lazımdır. Yəni, rəsmi işsizlərin, əmək müqaviləsinə görə işləyənlərin, əmək müqaviləsi olmayan insanların sayı dəqiqləşdirilməlidir. Çox təəssüf ki, hökumət iradlarımıza diqqət yetirmədi”, - o deyib.

İqtisadçı ekspertin iddiasına görə bu gün koronavirusa görə tətbiq edilən karantin rejimindən əziyyət çəkənlərin sayı qat-qat çox olsa da, çox təəssüf ki, həmin insanlar yardımın əhatə dairəsinə düşməyəcəklər.

O bildirib ki, bu kimi situasiyalarda hökumət alternativ yollar fikirləşməli, koronavirusdan əziyyət çəkən, lakin işsiz kimi qeydiyyata alınmayan insanların da hansısa formada yardımdan faydalanmasını təmin etməlidir: "Əgər doğru statistika yoxdursa, hökumət də rəsmi statistikaya istinad edirsə, məsuliyyət hökumətin üzərinə düşür”.

Qadir İbrahimli deyib ki, günəmuzd işləyən işçilərlə bağlı heç bir statistika olmadığından bu insanlar da yardım siyahısından kənarda qalacaqlar.

"Günəmuzd işləyən işçilərlə bağlı da heç bir statistika yoxdur. Hökumət də heç bir şey açıqlamır. Şadlıq evlərində, kafelərdə, restoranlarda çalışan 10 minlərlə insan var ki, onlar əmək müqaviləsi olmadan işləyirdi. İndi onların iş yerləri bağlanıb. Sahibkarlar da, obyekt sahibləri də istisnaları nəzərə almasaq heç kimə yardım etmirlər. Bir sözlə bu insanlar allahın ümidinə buraxılıb”, – deyə o bildirib.

4 aprel 2020-ci il tarixində Nazirlər Kabinetinin təsdiqlədiyi qərara görə Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyatdan keçmiş şəxslərə aprel-may ayları ərzində 190 manat birdəfəlik ödəniş ediləcək.

Ödənişin 300 min nəfəri əhatə edəcəyi bildirilir. Bu məqsədlə hökumət 215 milyon manat ayırıb.

Şəbnəm Adil

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo