Sosial

"Qarabağ məhbusları"nın bir neçəsi ev dustaqlığına buraxıldı

16 Noyabr, 2020
533
Bu gün (16 noyabr) Səbail rayon məhkəməsində hakim Ağamalı Qafarovun sədrliyilə Qarabağ yürüşünə görə həbs olunmuş 36 nəfərdən 21-i barəsində həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi barədə vəsatətə baxılıb.
 
Hakim dövlət ittihamçısının vəsatətini təmin edib. Bu barədə AXCP-nin üzvü Təzəxan Mirələmli özünün "Feysbuk" hesabında məlumat verib. Məhkəmənin qərarına əsasən aşağıdakı şəxslər ev dustaqlığına buraxılıb.

AXCP üzvləri:

1. Fuad Qəhrəmanlı
2. Asif Yusifli
3. Məmməd İbrahim
4. Ayaz Məhərrəmov
5. Bəxtiyar İmanov
6. Baba Süleymanov
7. Ceyhun Novruzov
8. İsmayıl Həsənov
9. Müşviq Quliyev
10. Telman Seyfullayev
11. Məhəbbət Nağıyev
12. Seymur Əhmədov

Müsəlman Birliyi Hərəkatının üzvləri Kamil Mahmudov və Tural Vəliyev də ev dustaqlığına buraxılan arasındadır. Ev dustaqlığına buraxılan digər məhbuslar:

1. Şəmsi Rəhimli
2. Elçin Mehdiyev
3. Fariz Məmmədov
4. Emin Hüseynzadə
5. Ariz Səfərli
6. Ceyhun Məmmədov
7. Vüsal Quliyev

15 iyulda Bakıda təqribən 30 min nəfərin iştirakı ilə "Qarabağ yürüşü" keçirilmiş, yürüş zamanı bir qrup şəxs parlamentin binasına daxil olmuş və qarışıqlıq yaratmışdılar.
 
Hadisə ilə əlaqədar cinayət işi açılmış və bir qrup şəxs cinayət məsuliyyətinə cəlb edilmişdi. Bəzi hüquq müdafiəçiləri bu həbslərin siyasi motivli olduğunu iəli sürürdülər. Bu dövrdə həbs olunan şəxslər "Qarabağ məhbusları" kimi də qələmə verilirdilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo