19:44, 30 Sentyabr 2019 (Bazar ertəsi) 57

"Qarabağ qazilərini sındırırlar..." - Qarabağ qazisi

Qarabağ Qaziləri etiraz aksiyası keçirib.
 
Qazilər və aksiyanı çəkən bloger Nurlan Libre hücuma məruz qalıb. 

Qazilərlə SOCAR mühafizəçiləri arasında qarşıdurma yaşanıb. Bloger Nurlan Libre canlı çəkiliş apararkən hücuma məruz qalıb. Çəkilişə əngəl yaradanların SOCAR-ın əməkdaşları olduğunu bildirib.
 
SOCAR: "Həmin vaxt qanunsuz tikinti aparan şəxsin təhriki ilə əraziyə toplaşmış, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bir qrup şəxs mühafizə komandasının əməkdaşlarını təhqir edərək, onlara hücum çəkiblər. SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən hadisə yerinə polis əməkdaşlarını çağırıblar" 

Hazırladı:
Vüqar Mirzəbəy