Siyasət

“Qarabağ Tribunası” yaradıldı

30 Noyabr, 2019
463
Bir qrup ictimai fəal - təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl, "Bakı Dirçəliş” Birliyinin sədri Abbasağa Məmmədov, politoloq Xəqani Cəfərli və politoloq Nəsimi Məmmədli dəyirmi masa keçirib.

İctimai fəallar 29 noyabrda keçirilən dəyirmi masada "Qarabağ Tribunası” adlı təşəbbüs qrupunun yaradılması ilə bağlı çıxış ediblər. 

Təşəbbüs qrupunun yaydığı press-relizdə əsəs məqsəd kimi Azərbaycan üçün yaranmış mövcud təhlükəli şəraiti dərindən analiz etmək, görülməsi zəruri olan işləri müəyyənləşdirmək və həyata keçirmək istiqamətində peşəkar çalışmalar etmək olduğu bildirilib.

"Qarabağ Tribunası”nın yaydığı bəyanatda 30 ildən çoxdur ki, Dağlıq Qarabağ ətrafında davam edən hərbi-siyasi proseslərin ölkəmiz üçün təhlükəli mərhələyə qədəm qoyduğu deyilib: 

"Hazırda Ermənistan beynəlxalq ictimai rəydə öz hərbi qələbələrini siyasi-diplomatik gedişləri ilə möhkəmləndirmək istiqamətində uğurlu mövqeyə çıxıb. 

Demokratik cəmiyyət quruculuğu istiqamətində beynəlxalq təqdir qazanıb. Rusiyanı və Qərbi öz milli maraqları ilə hesablaşmağa sövq edib. Bu şəraitdən də istifadə edərək ərazilərimizdə məskunlaşma həyata keçirir, "xalqların sülhə hazırlanması” prosesindən yararlanır.

Azərbaycan isə nüfuzlu beynəlxalq hesabatlarda "qeyri-azad” ölkə kimi xarakterizə olunmaqda davam edir və bu, diplomatik danışıqlarda ölkəmizin mövqelərini kəskin sürətdə zəiflədir.

Xalqımızın sosial-iqtisadi, hüquqi təminatı da getdikcə pisləşir və dövlət-vətəndaş münasibətlərində gərginlik artır.

Cəmiyyətdə vətəndaş iştirakçılığının çərçivəsi tamamilə daraldılıb. Xüsusi ilə də Qarabağla bağlı müstəqil və müxalif təşəbbüslərin cəmiyyətdə sərbəst ifadə olunmasına ciddi əngəllər yaradılır. İqtidar Qarabağ problemi ilə bağlı bütün məsələləri öz inhisarında saxlamağa çalışır.

Diplomatik danışıqlarda ölkənin maraqları ön planda ifadə edilmir. Ermənistanın hücum diplomatiyasına, işğalçılıq siyasətinə, Rusiya rəsmilərinin əzici bəyanatlarına Azərbaycan hökumətinin zəif və adekvat olmayan münasibəti cəmiyyəti mənəvi aşınmaya məruz qoyur.

Mövcud siyasi situasiyada ölkə müxalifətinin, vətəndaş cəmiyyətinin və ziyalıların da Qarabağ probleminin həllinə hər hansı formada müsbət təsirlərindən danışmaq olmur. Cəmiyyətin əksəriyyətinin bu ümummilli problemin həllinə istiqamətlənməsinə süni əngəllər mövcuddur. Təəssüf ki, hələ də bu əngəllərin aşılması istiqamətində konseptual, etimadlı və prinsipial çalışmalar diqqət çəkmir.

Ölkəmiz üçün yaranmış mövcud təhlükəli şəraiti dərindən analiz etmək, görülməsi zəruri olan işləri müəyyənləşdirmək və həyata keçirmək istiqamətində peşəkar çalışmalara ciddi ehtiyac yaranıb. Biz, aşağıda imza edənlər bu məqsədlə "Qarabağ Tribunası” adlı ictimai-siyasi vətəndaş təşəbbüsü ilə çıxış etməyə qərar verdik.

İctimai, siyasi, hüquqi və analitik təhlillərin aparılmasını və cəmiyyətin müzakirəsinə təqdim edilməsini, habelə, Qarabağ probleminin doğurduğu sosial qruplara yönəlik işin təşkilini, cəmiyyətin hazırlığının artırılmasını, təşkilatlandırılmasını həyata keçirməyi nəzərdə tuturuq.

Eyni zamanda siyasi partiyaların, ictimai təşkilatların, ictimai-siyasi xadimlərin, ziyalıların və sosial şəbəkələrin rəy liderlərinin əksəriyyətin baxışlarını öyrənmək, ümumiləşdirərək müvafiq strategiyanın hazırlanmasını həyata keçirmək niyyətindəyik.

Biz hesab edirik ki, Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Digər variantları qətiyyətlə rədd edirik.

Qarabağ məsələsi ətrafında mövsümi kampaniyalar, manipulyasiyalar, şəxsi və siyasi maraqlardan doğan fəaliyyətlər cəmiyyətin bu ümummilli problemə qeyri-ciddi münasibətini formalaşdırır. Hətta Qarabağla bağlı ən önəmli ideyalara da cəmiyyətin laqeyd yanaşmasına gətirib çıxarır. Biz öz fəaliyyətimizlə bu istiqamətdə mövcud olan neqativləri dəyişməyə cəhd edəcəyik". 

Təşəbbüs qrupu Qarabağ məsələsinin həlli üçün cəmiyyətdə müsbət mövqeyi olan hər kəslə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Uğur Fərzəli


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo