Siyasət

“Qarabağı Rusiyanın dəstəyilə işğal etmişik”

19 Noyabr, 2019
386
Qrant Baqratyan: "Rusiyanın Baş naziri olmasaydı, Qarabağ ermənilərdə olmazdı”

Ermənistanın 1990-cı illərdə baş naziri olmuş Qrant Baqratyan Qarabağ müharibəsi haqqında açıqlama verib. O, Dağlıq Qarabağı Rusiyanın dəstəyi ilə işğal etdiklərini söyləyib. Bildirib ki, Rusiyanın Baş naziri Yeqor Qaydar olmasaydı, Qarabağ indi ermənilərin əlində olmazdı.

Meydan TV xəbər verir ki, Qrant Baqratyan bunları Ermənistan televiziyasının "Profile” proqramına müsahibəsində danışıb.

"Yeqor Qaydarın adını Yerevan və Xankəndində küçələrə vermək lazımdır”

O, Yeqor Qaydarın adını Yerevanda və ya Xankəndində küçələrdən birinə verməyi təklif edib.

Sonra müharibə barədə xatirələrini bölüşüb. Deyib ki, 1992-ci ildə Qarabağda şiddətli müharibə gedirdi. Yenicə formalaşan Azərbaycan ordusu Dağlıq Qarabağın inzibati ərazisinin yarıdan çoxunu azad etmişdi. Onlar Xankəndinin bir neçə kilometrliyinə qədər irəliləmişdi:

"1992-ci ilin yayında biz məğlub olurduq. Çıxış yolu yox idi. Düşmən Qandzasara (Ağdərə rayonunun Vəng kəndi) daxil olmuşdu. Hər şey dağılmışdı. Mən hələ baş nazir deyildim. Deyəsən, artıq qərar verilmişdi. Azərbaycan ordusu Xankəndinə girəcəkdi, sonra oturub danışacaqdıq”.

Qrant Baqratyan bundan artığını danışmaq istəməyib. Təkcə, onu deyib ki, Qaydarın adını Yeravanda ən yaxşı küçələrindən birinə vermək lazımdır. Eynilə də, Xankəndində.
 
Sülhəddin Əkbər həmin dövrdə Azərbaycanın Milli Təhlükəsizlik nazirinin birinci müavini olub. O, Meydan TV-yə Qrant Baqratyanın dediklərinin fakt olduğunu söyləyib:
 

 Sülhəddin Əkbər

"O vaxt Azərbaycan ordusu Xankəndinə yaxınlaşmışdı, Laçın dəhlizi nəzarətə götürülmüşdü. Elə ondan sonra Azərbaycana qarşı təxribatlar başladı".

"Ermənistan işin öhdəsindən gələ bilmirdi”

Sülhəddin Əkbər əlavə edib ki, Dağlıq Qarabağ müharibəsini Azərbaycana qarşı Rusiya aparır. Burada Ermənistan yalnız onun vəkili kimi çıxış edir:

"Cəbhədə vəziyyət dəyişəndə Ermənistan işin öhdəsindən gələ bilmirdi. Rusiya məcbur qalıb, ön plana çıxırdı. Elə Kəlbəcərin işğalında da Rusiya birbaşa iştirak edib”.

"Ermənilər yalvarırdı ki, bizə dəhliz verin, Ermənistana çıxırıq”

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev isə deyir ki, 1992-ci ilin oktyabrında Azərbaycan ordusu genişmiqyaslı hücuma keçmişdi. Qısa müddətdə müharibə başa çatmalıydı:

"Separatçı ermənilər yalvarırdı ki, bizə dəhliz verin, Ermənistana çıxırıq. Ancaq Heydər Əliyev Ermənistan Prezidenti Levon Ter-Petrosyanla danışdı. Onun prezident Əbülfəz Elçibəy komandasına yeritdiyi xəyanətkarları nəticəsində, biz uduzduq”.

"Niyə Belyanın gətirdiyi müraciət parlamentdə müzakirəyə çıxarılmadı?”

Rəhim Qazıyev deyir ki, həmin dövrdə Ermənistan parlamentinin deputatı Aşot Belyan Bakıya 55 erməni deputatın imzasıyla müraciət gətiribmiş. Müraciətdə məsələnin müzakirəsi təklif edilirmiş:

"Aşot Milli Məclisin spikeri İsa Qəmbərlə görüşmüşdü. Sual yaranır, niyə Belyanın gətirdiyi müraciət parlamentdə müzakirəyə çıxarılmadı? Bu, o zaman idi ki, Laçın dəhlizi 1 kilometrə qədər daralmışdı. Xankəndinin yaxınlığındaydıq. Kəlbəcər tərəfdən 52, Qubadlıdan isə 14 yaşayış məntəqəsi işğalçılardan təmizlənmişdi. Ermənistanın vəziyyətini təsəvvür edin də".
 
 
İlham İsmayıl 

"Milli İstiqlal Partiyasının danışıqlara gedilməsinə etirazı prosesi dayandırdı”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl həmin dövrdə səlahiyyət sahibi olmayıb. Ancaq hadisələri yaxşı xatırlayır. Deyir, Azərbaycan ordusu Laçın dəhlizinə yaxın məsafədə idi. Ermənilər bu zaman bütün güclərini yolun bağlanmamasına qoymuşdu:

"Kəlbəcər də Azərbaycanda idi. Bildiyimə görə Ermənistandan və Moskvadan təklif gəlib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti bərpa olunsun. Rusiya həm də ermənilərin gedib-gələ bilmələri üçün dəhlizin qalmasını da istəyib. Məsələ prezident Əbülfəz Elçibəyə çatdırılıb. Ancaq müxalifətdə olan Milli İstiqlal Partiyasının danışıqlara gedilməsinə kəskin etirazı prosesi dayandırıb”.

İlham İsmayıl deyir ki, Azərbaycan razılaşmayandan sonra Rusiya işə müdaxilə edib. Nəticədə, yayın sonunda Azərbaycan ordusunda geriləmələr başlayıb:

"Bundan əlavə, Heydər Əliyev Levon Ter-Petrosyanla 1992-ci ilin avqustunda yox, Kəlbəcərin işğalından 1 neçə ay əvvəl görüşmüşdü. Əslində bu razılaşma separat idi. Milli Məclisdə məsələ qaldırıldı ki, Heydər Əliyev gəlib hesabat versin. Niyə separat razılaşmaya gedib? Çünki Ermənistan Naxçıvan sərhədində qoşunlarını geri çəkib, Rusiyanın dəstəyilə Kəlbəcəri işğal etmişdi”.





Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo