16:52, 18 İyun 2019 (Çərşənbə axşamı) 111

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Bunu "Report" xəbər verib.

İyunun 18-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılmış püşk nəticəsində məlum olub.
 
Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv Albaniyanın "Partizani" komandasına rəqib olub.

Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək.
 
"Qarabağ" ilk matçını səfərdə keçirəcək.