Sosial

Qax bazarından reportaj: "Alver getmir, zorla itələyirik"

31 Dekabr, 2018
3025
Yeni il dünyanın müxtəlif ölkələrində ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. 

Uzun illərdir ki, dövlət səviyyəsində də Yeni il təqvimə bayram günü kimi düşüb. 

Azərbaycanlılar dekabrın 31-də qeyd edilən Dünya Azərbaycanlılarının Həmrəylik gününü də Yeni ilə birgə qeyd edirlər. 

Yeni il bayramı isə daha çox köhnə ilin çıxışı, yeni ilin gəlişi kimi qeyd olunur.

Demək olar ki, "Yeni il"in ən xarakterik xüsusiyyətlərindən biri bayram hazırlıqlarıdır. 

Ərzaq, mer-meyvə, yeni il yolkaları, müxtəlif hədiyyə əşyalarının alış-verişi, də bu hazırlığa daxildir. 

Bəs bu il bazarlarda vəziyyət necədir? Alış-veriş satıcı və alıcıları qane edirmi?

Paytaxtda demək olar ki, Yeni il hazırlıqları daha çox diqqət çəkir. Bəs rayonlarda durum necədir? 

Məhz bu suallara cavab tapmaq üçün bu dəfə paytaxtdakı bazarara deyil, bölgələrə - Qax rayonuna üz tutduq.

Qax rayonu

Satıcılar alıcı qıtlığından şikayətlənirlər. Onlar deyirlər ki, bu il qiymətlərdə endirim etmək məcburiyyətində qalıblar, çünki alıcı aktivliyi çox aşağıdır. 
 
"Alver getmir, zorla itələyirik"

Rayonun mərkəzində yerləşən bazarda satıcı işləyən Fəridə Mürüdova qiymətlərin keçən ildən aşağı olduğunu, lakin alıcının olmadığını deyir: "Xiyar turşusu keçən il 2 manata idi, bu il 1 manat 50 qəpiyədir, amma yaxınlaşan olmur. Yaxınlaşanda evdə dolma bükməyə tənək yarpağı çatışmasa, gəlir, alır. Yoxsa belə xüsusi olaraq gəlib nəsə alan olmur. Keçən il cibim pul görürdü, bu il isə əlini atsan, görərsən, heç nə yoxdur. Bir alıcı yaxınlaşanda gərək qiyməti mütləq aşağı salasan. Alver getmir, zorla itələyirik".

"Bazarda alver günü-gündən ölür".
 
Bunu isə Toplum.Tv-yə kənd təsərrüfatı malları satıcısı Simuzər Yusifova deyir. 

O bunun səbəbini artıq iri marketlərdə də kənd təsərrüfatı mallarının satılması ilə izah edir. 

Simuzər Yusifova deyir ki, 5-6 il bundan qabaq durum yaxşı idi: "Alver çox yaxşı idi, indi isə bazarın ölüb. Alverçiyəm özüm, cibimdə 5 manatdan artıq pul olmur. Marketlərdə hər şey satılır: pomidorundan tutmuş tənək yarpağına kimi. Qiymətlər bazarda yaxşıdır. Keçən il sarımsaq 3 manata idi, bu il isə 1 manatadır. Alan yoxdur. İndi bayramdır deyə 2-3 nəfər görünür, yoxsa heç kim gəlmir bazara".
 
Onsuz kasıb həmişə kasıbdır, varlı da varlı"

Rayon sakini Güləsər İsmayılova isə bazardakı vəziyyəti belə qiymətləndirir: "Qiymətlərdə o qədər də artım olmayıb, amma camaatda pul yoxdur. Keçən il günə 100 manatlıq alver edirdimsə, bu il heç 30 manatlıq edə bilməmişəm. Onsuz kasıb həmişə kasıbdır, varlı da varlı". 

İnsanların gəldiyi nəticəyə görə, gəlirlər aşağı olduğundan ötənilkinə nisbətən alıcı aktivliyi azalıb.

Lalə Mövsümova
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo