10:58, 23 Mart 2020 (Bazar ertəsi) 127

Qaz hasilatı 19% artıb

Qaz hasilatı 19% artıb
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 6,127 mln. ton neft hasil edilib.

"Report”un verdiyi məlumata görə, bu həcmin 6,117 mln. tonu əmtəəlik neft hasilatı olub.

Neft hasilatının həcmi ötən ilin müvafiq dövründən 3,7% azdır.

Bu ilin yanvar-fevral ayları ərzində ölkədə 6,636 mlrd. kubmetr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 11,5% çoxdur.

İki ayda hasil edilən təbii qazın 4,655 mlrd. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Ölkədə əmtəəlik təbii qazın həcmi ötən ilin müvafiq dövründən 19,1% çox olub.