18:11, 16 Sentyabr 2019 (Bazar ertəsi) 67

Qaz ixracından gəlir 62% artıb

Qaz ixracından gəlir 62% artıb
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 7 415 337,64 min kubmetr həcmində təbii qaz ixrac edib.

Dövlət Gömrük Komitəsinə verdiyi məlumata görə, bu həcmdə təbii qazın dəyəri 1 421 244,97 mln. ABŞ dolları təşkil edib.

Bu ilin səkkiz ayında ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 60%, dəyəri isə 61,9% çox olub.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 10,51% olub.