11:39, 02 Oktyabr 2019 (Çərşənbə) 158

Qazaxda erməni diversiya qruplarının təxribatının qarşısı alınıb

Qazaxda erməni diversiya qruplarının təxribatının qarşısı alınıb
Ötən gün Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən ərazimizə doğru təxribat-diversiya qruplarının hərəkəti döyüş mövqelərimizdə xidmət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qar­şısı alınıb. 

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat verib.

Həmin tarixdə sərhəd döyüş məntəqələrimiz Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iri çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub. 

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Si­lahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.