13:11, 24 İyun 2019 (Bazar ertəsi) 78

Qazaxıstanda baş verən partlayışa görə şəhərin əhalisi təxliyə edilir

Qazaxıstanda baş verən partlayışa görə  şəhərin əhalisi təxliyə edilir


/ DÜNYA
Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin silah-sursat anbarında partlayış baş verib. 

Baş verən partlayış nəticəsində xəsarət alan 10 nəfər Arıs şəhər xəstəxanasına yerləşdirilib.

İyunun 24-də səhər saatlarında meydana gələn hadisə ilə əlaqədar şəhər əhalisi təxliyə edilib.

Qazaxıstan KİV-ləri  xəbər verir ki, yaralıların 3-nün vəziyyəti ağırdır. 

Məlumata görə, indiyə qədər 34 nəfər həkimə müraciət edib. 

Hərbi hissə yaşayış binalarına yaxın ərazidə yerləşir. Hərbi hissədən yayılan partlayış səsləri sakinlər arasında vahimə yaradıb.

Qazaxıstanın cənubunda yerləşən Arıs şəhərinin 43 minə yaxın əhalisi var. Türküstan vilayətində 15 təxliyə məntəqəsi fəaliyyət göstərir. Hadisə yerinə fövqəladə hallar qurumunun 52 əməkdaşı, 12 yanğınsöndürən avtomobili cəlb edilib. Bundan başqa 4 texnika, 23 nəfərdən ibarət kinoloq heyəti hadisə yerində fəaliyyət göstərir.

Türküstan vilayətinin başçısı Umirzak Şukeyevin başçılığı altında komissiya yaradılıb.

Partlayışın səbəbi araşdırılır.