13:53, 09 Yanvar 2021 (Şənbə) 72

Qazaxıstanda parlament seçkiləri yeni qaydalarla keçiriləcək

Qazaxıstanda parlament seçkiləri yeni qaydalarla keçiriləcək


/ DÜNYA
FOTO: google.az 
 
Yanvarın 10-da Qazaxıstan parlamentinə seçkilər yeni qaydalar əsasında keçiriləcək.
 
Birincisi, yeni parlamentdə mütləq müxalifət olacaq. İkincisi, qadınlar və gənc deputatlar üçün 30 faizlik kvota müəyyən olunub. Amma analitiklər yenə də "seçimsiz seçkilər”dən bəhs edirlər.

Politoloq Dimaş Əljanov  yeni qaydaların heç nəyi dəyişməyəcəyini bildirib: "Çünki Qazaxıstanda parlament heç bir rol oynamır, "müxalifət” deyəndə isə hakimiyyət heç də həqiqi müxalif mövqedə olanları nəzərdə tutmur”.