20:55, 09 İyun 2019 (Bazar) 86

Qazaxıstanda prezident seçkiləri əleyhinə aksiyalar başlayıb

Qazaxıstanda prezident seçkiləri əleyhinə aksiyalar başlayıb


/ DÜNYA
Qazaxıstanda iyunun 9-da keçirilən növbədənkənar prezident seçkiləri etiraz aksiyaları ilə müşayiət olunub. 

Bu barədə "Əl Cəzirə” xəbər verir.

Etirazlar ölkənin ən böyük şəhərlərinə Nur-Sultan və Almatıya toplanan insanlara polis müdaxilə edib, təxminən 100 nəfər saxlanılıb.

Ölkənin qadağan olunmuş müxalif hərəkatı "Qazaxıstanın Demokratik Seçimi”nin rəhbəri Muxtar Ablyazov onu dəstəkləyənləri meydana çağırıb. Instagram sosial şəbəkəsi üzərindən etdiyi müraciətdə o deyib: "Onlar azdır, biz çoxuq”.

Aksiyalar zamanı etirazçılar polis zorakılığı ilə üzlşib. Həbs olunanlar arasında "Agence France-Presse” xəbər agentliyinin əməkdaşı Kris Riklton da var.

Ölkənin əvvəlki prezidenti Nursultan Nazarbayevin mart ayında istefasından sonra Qazaxıstanda növbədənkənar prezident seçkiləri elan olunub. Seçkiyə qədər onun vəzifə səlahiyyətlərini Kasım-Jomart Tokayev yerinə yetirib. Prezident seçkisində iştirak etmək üçün namizədliyi təsdiqlənən 7 nəfər arasında 66 yaşlı K.J.Tokayev də var. Onun namizədliyini N.Nazarbayevin başçılıq etdiyi Nur Otan partiyası irəli sürüb.