10:56, 17 İyun 2019 (Bazar ertəsi) 101

Qazaxıstanda "Sərbəst toplaşmaq haqqında" qanun yenidən hazırlanır

Qazaxıstanda


/ DÜNYA
"Qazaxıstanda "Sərbəst toplaşmaq haqqında" qanun yenidən hazırlanır. Bu sənəd çərçivəsində qanunsuz yığıncaqların qarşısı alınacaq".

"Report.az” xəbər verir ki, bu fikirləri Qazaxıstan prezidenti Qasım Comart Tokayev bildirib.

Tokayev bildirib ki; "Təbii ki, bütün qanunsuz aksiyaların qarşısı alınacaq. Baş Prokurorluq da bu cür küçə aksiyalarının qanunsuz olduğunu dəfələrlə bildirib. İcazəsiz mitinqlər iğtişaşlara çevrilir, bu aksiyalarda iştirak etmək istəməyən insanlara maneələr yaradır. Yeni qanuna görə, nümayişə çıxıb öz fikirlərini ifadə etmək istəyənlər müvafiq orqanlara müraciət edəcəklər. Onlara toplaşmaq üçün xüsusi yerlər ayrılacaq”.