17:52, 23 Avqust 2019 (Cümə) 55

Qəbələdə meşə sahəsi yanır

Qəbələdə meşə sahəsi yanır
Avqustun 23-də Qəbələ rayonunda meşə yanğını baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən 

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin helikopter və təyyarəsi cəlb edilib.

Avqustun 20-da isə Hirkan Milli Parkında dağlıq zonada yanğın başladığı açıqlanmışdı. Həmin yanğının söndürülməsinə də FHN-in Aviasiya dəstəsinin «BE 200 ÇS» amfibiya təyyarəsinin və helikopterlərin cəlb olunduğu bildirilirdi.

Avqustun 19-da da Quba rayonunda meşə və kolluq hissədə yanğın başlamışdı. Həmin yanğının avqustun 20-də lokallaşdırıldığı açıqlanmışdı.

Rəsmilər bu yanğınlara səbəb kimi, əsasən, insan amilini göstərirlər.