Siyasət

“Qeyri-neft sektoru əmr və göstərişlə inkişaf etdirilə bilməz”

7 May, 2020
1313
Son zamanlar neftin qiymətində kəskin ucuzlaşma iqtisadiyyatının əsas hissəsi neftdən asılı olan Azərbaycanda qeyri-neft sektorunun inkişafını yenidən gündəmə gətirir.

2015-ci ildəki iqtisadi böhrandan sonra hökumət bu sektorun inkişaf etdirilməsini bəyan etsə də, bu gün də ölkə iqtisadiyyatının neftdən asılılığı göz önündədir. 

Mütəxəssislərin fikrincə, koronavirus pandemiyasının bərabərində gətirdiyi iqtisadi böhran təkcə ölkə iqtisadiyyatına zərbə endirmədi, həm də kənd təsərrüfatı və sənayenin geridə qalmasını, hələ də iqtisadiyyatın bir qoluna çevrilə bilməməsini göstərdi.
  
Toplum TV məsələ ilə bağlı ekspertlərdən hazırkı dövrdə qeyri-neft sektorunun durumu haqqında fikirlərini öyrənib.

Vahid Məhərrəmli: "Qeyri-neft sektoru əmr və inzibati göstərişlə inkişaf etdirilə bilməz”
 


Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmli bildirir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi neft ucuzlaşandan sonra yada düşməməli idi: "Neftin ucuzlaşmasını gözləyib daha sonra qeyri-neft sektorunu inkişaf etdirmək mümkün olan iş deyil. Sənayedə bu bir qədər asan olsa da, kənd təsərrüfatı sahəsində mürəkkəb məsələdir. 2015-ci ildə neftin qiymətinin, manatın isə dəyərinin 2 dəfə enməsi hökumətə dərs olmadı. Pambıqçılıq, baramaçılıq və s. sahələrin inkişaf etdirilməsi sadəcə imitasiyadır”.

Ekspert kənd təsərrüfatında məhsuldarlığın aşağı olmasını və əksər fermerlərin gəlir götürməməsini sözügedən sahənin inkişaf etdirilə bilməməsindən xəbər verdiyini söyləyir.

O, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün kompleks yanaşmanın vacibliyini vurğulayır: "Kənd təsərrüfatında hər hansı bir subsektorun inkişafı digər sektorlara toxunmadan mümkün deyil. Kompleks şəkildə inkişaf olmalıdır. Bu isə zaman tələb edir. Kiminsə yalnız taxılçılığı və ya pambıqçılığı inkişaf etdirməsi ilə bağlı fikirlər səsləndirməsi isə həmin adamın, ümumiyyətlə, bu sahədən anlayışı olmaması deməkdir”.

V.Məhərrəmli təcrübəli mütəxəssilərin prosesə cəlb edilməsini və peşəkar kadrların hazırlanmasını, rəqabət qabiliyyətli məhsulların yetişdirilməsini, torpaqların münbitləşdirilməsini, suvarma suyuna olan təminatın ödənilməsini, növbəli əkin sisteminin tətbiqini atılması vacib olan addımlardan hesab edir. 

"Qeyri-neft sektoru əmrlə, inzibati qaydada göstəriş və hətta böyük həcmdə maliyyə resursu və subsidiyaların ayrılması ilə inkişaf etdirilə bilməz”, - o əlavə edir.

Natiq Cəfərli: " Neft pulları dövründə böyük zaman itirdik”
 

 
ReAl Partiyasın icra katibi, iqtisadçı Natiq Cəfərli neftin ucuzlaşmasının ölkə iqtisadiyyatında səbəb olduğu geriləməni qeyri-neft sektoru tərəfindən kompensasiyasını real hesab etmir: "Hazırkı dövrdə və yaxın gələcəkdə bu mümkün görünmür. Çünki neftdən gələn gəliri, büdcədə və Neft Fondunda nəzərdə tutulan illik gəliri kompensasiya etmək üçün digər sahələrin elə bir gücü yoxdur. Son illər ən çox inkişaf etdirilən sahə aqrar sektordur. Bu sahə öz istehsalını və ixracını 20 dəfə artırmalıdır ki, neftdən gələn gəliri konpensasiya edə bilsin. Amma indiki şəraitdə bu mümkün deyil. Texniki olaraq da mümkün deyil, fiziki olaraq da”.

İqtisadçı işçi, su və torpaq potensialının buna imkan vermədiyini diqqətə çatdırır. 

Ekspert prioritet sahələrdən biri elan olunan turizm sahəsinin, ümumiyyətlə, bu il üçün itirilmiş sahə olduğunu və ən yaxşı halda gələn ildən gəlir gətirəcəyini qeyd edir: "Valyuta gətirən iki sahə elan olunmuşdu. Hər ikisində də ciddi problemlər var. Turizm, ümumiyyətlə, yox dərəcəsindədir, aqrar sektorun isə buna potensialı yoxdur”.

N. Cəfərli dünyanın yeni sənaye dövrünə keçdiyini, amma Azərbaycanda bununla bağlı hələ də heç bir iş görülməməsinə təəssüfləndiyini söyləyir: "Əgər hansısa bir sahə prioritet elan ediləcəksə, biz məsələyə bu günün yox, daha uzaq gələcəyin pəncərəsindən baxmalıyıq. Yəni hansı texnologiyaların, hansı sənaye istehsalı sahələrinin daha rentabelli olması və daha böyük gələcəyə yatırım edilməsi müəyyən edilməlidir. Çünki neft pulları dövründə böyük zaman itirdik, istehsalın inkişafından xeyli geri qaldıq. İndiki dövrdə əlimizdə sehrli çubuq yoxdur ki, çox qısa zamanda bir çox şeyə nail ola bilək”. 

Ekspert 2015-ci il islahatlarının nəticəsiz qalmasını o dövr üçün elan edilmiş prioritet sahələrin çox şaxəli modelə keçid üçün yararlı olmaması ilə izah edir. 

"Aqrar sahənin potensialı doğru hesablanmadı. Bu sahədə müəyyən nəticələr əldə olunsa da, hələ də bunlar kiçik  rəqəmlərdir”, - N.Cəfərli qeyd edir.   

Vüsalə Mikayıl

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo