15:09, 08 Avqust 2019 (Cümə axşamı) 30

Qırğız Təhlükəsizlik Komitəsi sədrinin istefası qəbul olunmayıb

Qırğız Təhlükəsizlik Komitəsi sədrinin istefası qəbul olunmayıb


/ DÜNYA
Qırğız Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Orozbek Opumbayev istefa vermək niyyətini açıqlayıb.

Bu barədə "TASS" xəbər yayıb.

İstefa səbəbi kimi  Opumbayev sabiq prezident Almazbek Atambayevi saxlayıb istintaqa təhvil vermək üçün ötən gün keçirilən əməliyyatın nəticəsiz qalması ilə əlaqələndirib.

Parlamentin növbədənkənar sessiyasındakı nitqi zamanı komitə rəhbəri baş verənlərdə onun da nöqsanı olduğunu düşündüyünü, artıq bu barədə Prezident Sorunbay Jeenbekovla söhbət etdiyini deyib.

Lakin parlament qarşısında çıxış edən dövlət başçısı bu istefanı qəbul etmədiyini açıqlayıb. Ölkə prezidenti qərarını belə əsaslandırıb: "Belə bir çətin məqamda çıxıb getmək ən asan yoldur. Vəziyyət sabitləşəndən sonra güc qurumlarının baş verənlərdə məsuliyyəti məsələsinə qayıdarıq”.