15:27, 10 Oktyabr 2019 (Cümə axşamı) 544

Qırğızıstan Prezidenti və xarici işlər naziri Azərbaycana gələcək

Qırğızıstan Prezidenti və xarici işlər naziri Azərbaycana gələcək
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və xarici işlər naziri Çingiz Aydarbekov Azərbaycana səfər edəcək.

Bu barədə Trend məlumat verib.

Məlumata əsasən, Qırğızıstanın Bakıdakı səfirliyindən bildirilib ki, onlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.

Oktyabrın 14-15-də keçiriləcək sammitdə türkdilli ölkələrin Ticarət-Sənaye Palatasının və Birgə İnvestisiya Fondunun yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.