11:37, 16 Oktyabr 2020 (Cümə) 83

Qırğızıstandakı vəziyyət Avropa Birliyində "ciddi suallar” doğurub

Qırğızıstandakı vəziyyət Avropa Birliyində
Qırğızıstanda prezident Sooronbay Jeenbekovun səlahiyyətlərinin baş nazir Sadıq Japarova keçməsi Avropa Birliyində ciddi suallar doğurub. TASS-ın xəbərinə görə,  AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin bəyanatında belə deyilir. 

"Prezidentin səlahiyyət və vəzifələrinin dövlətin beynəlxalq öhdəliklərinə müvafiq olaraq və Qırğız konstitusiyasının qanunları çərçivəsində icra olunması olduqca vacibdir" - deyə sənəddə bildirilir. Borrel ölkə rəhbərliyini qanunun aliliyinə və insan hüquqlarına riayət etməyə çağırıb. 

AB-nin nümayəndəsi prezident Sooronbay Jeenbekovun istefasını diqqət mərkəzində saxladıqlarını deyib. Onun fikrincə, Qırğızıstanda ATƏT-in müşahidəçiliyi və beynəlxalq standartlara uyğun yeni, azad, ədalətli parlament və prezident seçkilərinin keçirilməsi yaxşı olardı. 

Qeyd edək ki, 15 oktyabrda Qırğızıstanda prezident Sooronbay Jeenbekov istefa verdikdən sonra baş nazir Sadır Japarov prezident səlahiyyətlərini öz üzərinə götürdüyünü bəyan edib. Dövlət başçısı qərarını cəmiyyətin Jeenbekovun istefasını tələb etməsiylə və hökumətin yeni tərkibinə qarşı çıxmamasıyla əlaqələndirib.