FOTO:azertag.az
Sadır Japarov Qırğızıstanın yeni prezidenti seçilib.
"RİA Novosti"nin yanvarın 11-də verdiyi xəbərə görə, Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MİK) seçkilərin nəticələrinin Sadır Japarovun prezident olmasına kifayət etdiyini bəyan edib.
MİK həmçinin prezident seçkilərində kobud pozuntulara yol verilmədiyini qeyd edib.
Yanvarın 10-da Qırğızıstan keçirilən prezident seçkilərində 17 namizəd iştirak edib. Məlumata görə, seçkilərdə seçici fəallığı 39% təşkil edib.
Ölkədə prezident seçkiləri ilə yanaşı hansı növ üsul idarəçiliyin məqbul olması barədə referendum da keçibilib. Seçicilərin 81%-i republikada prezident üsul idarəçiliyinə tərəfdar olduğunu bildiriblər, 10,94% parlament üsul idarəsini seçib, 4,45% isə "hamısına qarşı" olduğunu bəyan edib.
Rusiya lideri Vladimir Putin Sadır Japarovu prezident seçilməsi münasibətilə təbrik edən ilk dünya liderlərindən biri olub.
XƏBƏRLƏR