10:46, 10 Yanvar 2021 (Bazar) 84

Qırğızlar seçim edir: parlament ya prezident üsul-idarəsi

Qırğızlar seçim edir: parlament ya prezident üsul-idarəsi
FOTO: google.com
 
Yanvarın 10-da Qırğızıstanda növbədənkənar prezident seçkiləri və referendum keçirilir.

Referendumun nəticələri ölkənin parlament , yoxsa prezident üsul-idarəsi ilə idarə olunacağını müəyyənləşdirəcək.

Prezident postu uğrunda 17 namizəd mübarizə aparır. 

Səsvermə yerli vaxtla saat 08.00-da başlayıb, saat 20.00-da başa çatacaq. Seçicilər 48-i xarici ölkələrdə olmaqla, 2 min 470 seçki məntəqəsində səs verir.

MSK üzvü Gülnarə Jurabayeva deyib ki, prezident seçkiləri seçici fəallığından asılı olmayaraq baş tutmuş sayılacaq. Referendumun baş tutması üçün seçici fəallığının 30 faizdən çox olması lazımdır.

Onun sözlərinə görə, birinci turda məntəqələrə gəlmiş seçicilərin yarıdan çoxunun səs verəcəyi namizəd qələbə qazanacaq, amma iddiaçılardan heç biri 50 faizdən çox səs yığmasa, seçkilərin ikinci turu keçiriləcək. 

Qırğızıstanın Mərkəzi Seçki Komissiyası bu gün yerli vaxtla saat 10.00-a prezident seçkilərində seçici fəallığının 2,8 faiz, referendumda isə 2,78 faiz təşkil etdiyini açıqlayıb. (TASS, 10 yanvar)