11:00, 19 Oktyabr 2019 (Şənbə) 1251

Qiyas İbrahimin valideynləri saxlanılıb

Qiyas İbrahimin valideynləri saxlanılıb
Oktyabrın 19-u NİDA-çı Qiyas İbrahimin anası Şura Əmiraslanovanın Polis bölməsinə aparıldığı bildirilir.

Bu barədə o özünün feysbuk səhifəsində məlumat yayıb. 

Məlumata görə, Qiyasın anası işə getmək üçün saat təxminən 08:00-da evdən çıxıb. 

Bir müddət sonra anası zəng edərək bildirib ki, polis bölməsindədir.

Qiyasın İbrahim Toplum.Tv-yə deyib ki, Nizami Rayonu 25-ci Polis Bölməsinə getsələr də, anasının orada olmadığını bildiriblər. 

"Bir müddət sonra atama zəng etdim  və o mənə dedi ki, anam həmin bölmədədir. Üstəlik, atamı da saxlayıblar. Polis İdarəsindən nə istədiklərinə dair heç bir məlumat verilmir. Həmçinin anamın vəziyyəti pisləşib , onun üçün təcili yardım çağırıblar", - deyə siyasi fəal qeyd edib.

Zərifə Novruz