Siyasət

Qiyas İbrahimov universitetdə təhsilini davam etdirə bilmir

13 Aprel, 2019
1062
Təhsil hüququ Azərbaycan Konstitusiyasında təsbit edilib, bu barədə "Təhsil haqqında" qanunda da deyilir. Lakin bu ilin martında prezident İlham Əliyevin əfvilə azad edilmiş Qiyas İbrahimov təhsilini davam etdirə bilmir.

Qiyasın sözlərinə görə, 2016-cı ilin mayında onu həbs edəndə Slavyan Universitetinin dördüncü kurs tələbəsi olub.

"İmtahan çıxmışdım ki, məni həbs elədilər. Əgər həbs olmasaydı, qalan imtahanları verib, təhsilimi bitirərdim və diplom alardım. Həbsdən sonra vəkil universitetə bildiriş göndərərək mənim həbsdə ikən imtahan verməyimə icazə verilməsini xahiş etdi. Ancaq icazə verilmədi", - Qiyas bildirib.

O, azadlığa çıxdıqdan sonra təhsilini başa vurmağı qərara alıb və bir neçə gün öncə universitetin jurnalistika fakültəsinin dekanlığına müraciət edib.

"Əvvəlcə məni dekanlıqda qəbul etdilər, bildirdilər ki, universitetdən xaric edilməyim, yoxsa akademik məzuniyyətə göndərilməyim barədə məlumatları yoxdur. Növbəti gün fakültənin dekanı Eldar Piriyev məni qəbul etdi, rektor Nurlana Əliyeva ilə danışmağı məsləhət gördü. Rektor məni dinləyərək dedi ki, mən universitetdn xarim edilmişəm və bərpa məsələsi hazırda gündəlikdə deyil, çünki tədris ilinin sonudur.

Bundan əlavə, rektor dedi ki, hazırda "akademik məzuniyyət" anlayışı mövcud deyil. "Gələn il bərpa oluna bilərəmmi" sualına isə rektor qeyri-müəyyən cavab verdi.

Bütün bunlar mənim təhsil almaq hüququmu pozur. Hesab edirəm ki, məni universitetə bərpa etməməklə məndən qisas almağı davam etdirirlər", - Qiyas deyib.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Turan-a bildirib ki, məsələ ilə tanış deyil və universitet rəhbərliyinə müraciət etməyi məsləhət görüb. Həmçinin qeyd edib ki, bu cür hallar "Təhsil haqqında" qanunun müddəaları ilə tənzimlənir.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov da C.Valehovun sözlərini təsdiqləyib.

"Əgər tələbə üzrlü səbəbdən (səhhəti, ailə vəziyyəti, yaşayış yerini dəyişməsi ilə əlaqədar, həmçinin həbs səbəbindən) təhsilini davam etdirə bilmirsə, bu barədə universitetə məlumat verir, onu müvəqqəti olaraq ali məktəbdən xaric edirlər. Lakin təhsili davam etdirmək üçün maneə olmadıqda o, təhsilini davam etdirə bilər, həm də onu dayandırdığı andan.

Məsələn, əgər təhsil mayda dayandırılıbsa, tələbə ikinci semestrdən universitetə bərpa oluna bilər, belə ki, birinci semestri oxuyub və ikinci yarımilə keçib. İndiki halda bərpa ilə bağlı heç bir problem yaranmır", - K.Əsədov bildirib.

Bakı Slavyan Universitetinin rəhbərliyilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.

Turan IA

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo