14:34, 11 Yanvar 2021 (Bazar ertəsi) 78

Qorbaçov Qarabağ münaqişəsinin həllini necə görür?

Qorbaçov Qarabağ münaqişəsinin həllini necə görür?
FOTO:Sosial media

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Rusiyanın Dağlıq Qarabağ probleminin həllinə kömək edə biləcəyinə ümidvar olduğunu deyib. Bununla belə o, münaqişəsinin həllində əsas rolun Azərbaycanın və Ermənistanın üzərinə düşdüyünü söyləyib. 

Yanvarın 11-də "RİA Novosti"yə müsahibə verən Qorbaçova bildirib ki, Dağlıq Qarabağ münaqişəsində hər iki tərəfin maraqlarına cavab verən, qalibi və məğlubu olmayan həll yolu tapmaq lazımdır. 

"Qarabağa gəldikdə... bu, çox ağır, kökləri keçmişə uzanan köhnə mövzudur. Münaqişə kəskinləşəndə biz hər iki rezpublikaya, hər iki xalqa həll yolunun tapılması üçün kömək etməyə çalışdıq. Sonralar Rusiya da çalışdı”, - 1980-ci illərin sonunda Qarabağ münaqişəsinin kəskinləşdiyi dövrdə ölkəyə rəhbərlik edən Qorbaçov söyləyib. 

Keçmiş sovet lideri əmindir ki, indi, hərbi əməliyyatlar dayandığı bir zamanda bununla kifayətlənmək, problemi növbəti onilliklər boyunca həll etmədən saxlamaq olmaz: "Ümid edirəm ki, Rusiya kömək edə bilər, amma əsas rol münaqişə tərəflərinin üzərinə düşür. Azərbaycan və Ermənistan problemin nizamlanması üçün danışıqlar aparmaq öhdəliyi götürüblər. Nəticə hər iki tərəfin maraqları çərçivəsində olmalıdır, qalibsiz və məğlubsuz”.