11:41, 10 Sentyabr 2019 (Çərşənbə axşamı) 49

Qoşulmama Hərəkatına üzv ölkələr Bakıda toplaşacaq

Qoşulmama Hərəkatına üzv ölkələr Bakıda toplaşacaq
Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirləri oktyabrın 23-24-də Bakıda təşkilatın sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Report xəbər verir ki, bundan əlavə, oktyabrın 21-22-də paytaxtımızda sammitə hazırlıq məqsədi ilə Qoşulmama Hərəkatında iştirak edən ölkələrin yüksək səviyyəli rəsmilərinin görüşü də keçiriləcək.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.

Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.