15:37, 22 Yanvar 2020 (Çərşənbə) 131

Qubad İbadoğlu: "İşsizlik 4 dəfə artıb"

Qubad İbadoğlu:
Azərbaycanda bir ildə işsizlik 4 dəfə artıb.

2020-ci ilin yanvarın 1-nə olan statistikaya görə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 81272 nəfər, onlardan işsizlikdən sığorta ödənişi alanlar 540 nəfər olub. Ötən ildə rəsmi işsizlik 4 dəfədən çox artıb, işsizlikdən sığorta ödənişi alanların sayı isə 2 dəfədən çox azalıb. 

Məlumatı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu feysbuk hesabında paylaşıb.

İqtisadçının sözlərinə görə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayının artım tempinə görə Azərbaycan nəinki MDB-də, hətta dünya ölkələri arasında liderdir.

2019-cu il yanvarın birində olan statistikaya görə isə işsiz statusu alanlar 20088 nəfər, işsizliyə görə sığorta ödənişi alanlar isə 1117 nəfər olub.

"Rəsmi işziliyin 1 il ərzində bu qədər (4dəfə) artması, müavinət alanların sayının isə 2 dəfə azalmasına dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama verməli və onun səbəblərini izah etməlidir”, - deyə iqisadçı bildirib.

Roza Məmmədova