15:19, 07 Avqust 2019 (Çərşənbə) 34

Qurban bayramı namazının vaxtı açıqlanıb

Qurban bayramı namazının vaxtı açıqlanıb
Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.

Bu barədə Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazını Təzəpir məscidində qılacağı gözlənilir.

Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.