17:57, 20 İyun 2019 (Cümə axşamı) 57

Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilib

Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilib
Prezident İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə "Prezident.az" saytında məlumat verib.

Məlumatda deyilir ki,  Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib. 

Onun yeni vəzifəsi isə  Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Ramil Usubovun yerinə isə  Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının yeni daxili işlər naziri təyin edilib.

Vilayət Eyvazovun bundan öncə  Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsini icra edib.
 

Vilayət Eyvazov