22:29, 09 Avqust 2019 (Cümə) 259

Rasim Əliyev məzarı başında anıldı - REPORTAJ

Mərhum jurnalist Rasim Əliyevin ölümündən 4 il ötür.

Rasim Əliyev 2015-ci il avqustun 8-də Qəbələ klubunun futbolçusu Cavid Hüseynovun yaxınları tərəfindən döyülüb və ertəsi gün xəstəxanada vəfat edib. 

Onun ölüm işi üzrə 6 nəfərin, o cümlədən, Cavid Hüseynovun adı keçirdi. "Cinayəti bilib xəbər verməmək"də günahlandırılan Cavid Hüseynov 2016-cı il mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. 

Bakı Apellyasiya Məhkəməsi 2017-ci ilin oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və o, azadlığa buraxılıb. 

Avqustun 9-da Vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər və yaxınları onun qəbrini ziyarət etdilər. 

Hazırladı: Zərifə Novruz