16:00, 28 Fevral 2019 (Cümə axşamı) 758

ReAL-ın imzatoplama kampaniyası ilə bağlı mətbuat konfransı

ReAL Partiyasının sədri İlqar Məmmədov fevralın 28-də üç qanunverici təşəbbüsün parlamentə təqdim olunması üçün imzatoplama kampaniyasınnın yekunu haqda mətbaut konfransı keçirib.

REAL Partiyası ötən ilin noyabrın 19-dan imzatoplama kampaniyasına başlayıb.

Kampaniyada 2015-ci il devalvasiyasından sonra formalaşan kredit borclarının dövlət tərəfindən ödənilməsini, təhsildə dərin islahatlar aparılmayana qədər ali təhsilin pulsuz olması, paytaxt haqqında konstitusiya qanununun qəbul edilib, Bakının merinin seçilməsini təklif edilib.

Konstitusiyanın 96-cı maddəsinə görə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşı qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər.

Partiya  kampaniya çərçivəsində 41 min 658 imza toplayıb.

Türkan Bəşir
Toplum TV