10:12, 19 Fevral 2019 (Çərşənbə axşamı) 177

REAL qanunvericilik təşəbbüsü ilə çıxış edəcək

REAL qanunvericilik təşəbbüsü ilə çıxış edəcək
Respublikaçı Alternativ (REAL) Partiyası devalvasiyalar nəticəsində vurulan zərərin ödənilməsi, ali məktəblərdə ödənişləri növbəti illərdən etibarən dövlətin həyata keçirməsi və Bakıda seçkili mer vəzifəsinin təsis edilməsini nəzərdə tutan qanun layihələrini Milli Məclisə verəcək.

Partiyanın yaydığı məlumatda bildirilir ki,"40 min imza” kampaniyası fevralın 24-də başa çatdırılacaq: "Toplanmış imzalar qanun layihələri və aidiyyatı əsaslandırma sənədi ilə birlikdə fevralın sonuncu həftəsi ərzində Milli Məclisə göndəriləcək,” mətbuat xidmətinin məlumatında yazılıb.

REAL qeyd edib ki, ölkə Konstitusiyasının 96-cı maddəsinə (Qanunvericilik təşəbbüsü hüququ) görə, seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisinin müzakirəsinə verdiyi qanun layihələri müzakirəyə çıxarılır və səsə qoyulur.

REAL Partiyası bundan ötrü seçicilərin imzasını toplamaq kampaniyasına 2018-ci ilin noyabrın əvvəlləriində başlayıb.