22:59, 14 İyun 2019 (Cümə) 181

Redaktor müavininin xanımı və qızı intihar edib

Redaktor müavininin xanımı və qızı intihar edib
İyunun 14-də gündüz saatlarında paytaxtın Yasamal rayonunda intihar hadisəsi baş verib.

"Respublika" qəzetinin redaktor müavini İsmayıl Allahverdiyevin həyat yoldaşı Rübabə Allahverdiyevanın və qızı Xədicənin yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atdıqları bildirilir.

Məlumatı "Turan” İA yayıb.

Bildirilib ki, Rübabə Allahverdiyeva 1964-cü ildə doğulub. Qızının isə 19 yaşı olub.

Bakı şəhər Prokurorluğunun məlumatına görə, faktla bağlı CM-in 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb. Ekspertizalar təyin edilib.