12:39, 14 Oktyabr 2020 (Çərşənbə) 63

Rekord: Ermənistanda koronavirusa sutkalıq yoluxma sayı 1000-i keçdi

Rekord: Ermənistanda koronavirusa sutkalıq yoluxma sayı 1000-i keçdi
Gürcüstanda da yoluxma sayında rekord qeydə alınıb

13 oktyabrda Ermənistanda sutka ərzində 1058 koronavirusa yoluxma sayı qeydə alınıb. Bu, rekord göstəricidir. Bundan əvvəlki rekord 7 iyunda qeydə alınmışdı, həmin tarixdə rəqəm 766 idi. Bu barədə "vestikavkaza.ru" platforması xəbər yayıb. 

Ermənistanda 14 oktyabrda xəstəliyə yoluxanların sayı 58624-ə çatıb. Sutka ərzində 7 nəfər xəstəlikdən vəfat edib. Virus səbəbindən ölənlərin ümumi sayı isə 1039-a çatıb. 43 713 pasiyent sağalıb, 10 561 nəfər isə hazırda müalicə olunur.

Digər Qafqaz ölkəsi Gürcüstanda da koronovirusa rekord yoluxma sayı qeydə alınıb. 13 oktyabrda 680 nəfər koronavirusa yoluxub, 7 nəfər isə xəstəliyin qurbanı olub. Gürcüstanda virusa yoluxanların ümumi sayı 13 521-ə çatıb.